xırda-para söhbət aparmaq

Lit. not to see the woods for the trees / to be unable to grasp the whole because of too many details за деревьями леса не видеть
xırda məsələ qalıb
xırda pul
OBASTAN VİKİ
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Xırda-para cinayətlər (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.
Söhbət
Söhbət — iki və ya daha çox insan arasında interaktiv ünsiyyət. Danışıq bacarıqlarının və etiket davranışının inkişaf etdirilməsi sosiallaşmanın vacib hissəsidir.
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Söz söhbət
Xırda alma
Xırda alma (lat. Malus × micromalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Yaponiyada və Çində yayılmışdır. Hündürlüyü 7 m-ə çatan ağacdır. 42 illik ağacın hündürlüyü 12 m, gövdəsinin diametri 21 sm-dir. Budaqları dairəvi, açıq qəhveyi, sonralar tünd bənövşəyidir. Cavan budaqları sallaq, yumurtavari, çilpaqdır. Yarpağı növbəli, dar ellipsvari olub, uzunluğu 5-10 sm, eni 2,5-5 sm-dir. Cavan sallaq yarpaqları çılpaqdır. Vegetasiya dövrü apreldən oktyabra qədər davam etməklə mayın axırında çiçəkləyir, beşillik ağac bar verir.
Xırda atpıtrağı
Xırda atpıtrağı (lat. Arctium minus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. Arcion minus Bubani Arctium chabertii Briq. & Cavill. Arctium chabertii subsp. aellenianum Arènes Arctium chabertii subsp. balearicum Arènes Arctium chabertii subsp. chabertii chabertii Arctium chabertii subsp. corsicum Arènes Arctium conglomeratum Schur ex Nyman Arctium euminus Syme Arctium lappa Kalm [Illegitimate] Arctium minus var. corymbosum Wiegand Arctium minus var.
Xırda balıq
Xırda balıq - Clupeidae fəsiləsindən Sprattus cinsinə aid yiməli balıqlara verilən ümumi addır. Bu termin həmçinin bir sıra digər kiçik balıq növləri (Clupeoides, Clupeonella, Corica, Ehirava, Hyperlophus, Microthrissa, Nannothrissa, Platanichthys, Ramnogaster, Rhinosardinia və Stolothrissa) üçün istifadə olunur. Əksər kimi, hamsi çox aktiv, kiçik, yağlı balıqdır. Onlar böyük təbəqə digər balıqlarla səyahət edir və gün ərzində fasiləsiz üzməkdədirlər. Bu balıqlar qida dəyəri ilə tanınırlar, çünki onların tərkibində insan pəhrizində faydalı hesab edilən çoxlu yağlar var və dünyanın bir çox yerində yeyilir. Hamar dadı ilə tanınır və körpə sardinalarını səhv salmaq asandır.
Açıq söhbət
Açıq söhbət — ANS TV-də verilən həftəlik ictimai-siyasi debat verilişi. İlk buraxılışı 9 sentyabr 2011-ci ildə yayımlanan verilişin ilk aparıcısı Turan İbrahimov olmuşdur.
Belen (Para)
Belen — Braziliyada şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Para-Velosipedl
Paravelosiped – fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş velosiped idman növü. Paravelosipedin yaranma tarixi 1980-ci illərə təsadüf edir. Elə həmin vaxtdan da idmançılar arasında yayılmağa başlayıb. İlk vaxtlar öndə pilot, arxada isə idmançı oturmaqla para-velosiped ilə görmə məhdudiyyəti olan şəxslər yarışıblar. İllər keçdikcə para-velosiped yarışlarına serebral iflicdən əziyyət çəkən, ayağı və ya əli amputasiya olunan, hətta əlil arabasından istifadə edənlər də qatılmağa başlayıb. 1984-cü ildə bu yarış növü Nyu-Yorkda öz paralimpiya debütünü edib. 12 ildən sonra isə Atlantada trek növü paravelosiped Paralimpiya Oyunlarına daxil edildi. Azərbaycanda bu idman növünün "Handcycle" növü rəsmi olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində 1 noyabr 2018-ci ildə fəaliyyətə başlayıb. 1 – 15 sentyabr 2019-cu il tarixlərində Hollandiyanın Emmen şəhərində keçirilən dünya çempionatında Azərbaycanı paravelosiped idman növü üzrə Mehman Ramazanzadə təmsil edib.
Xırda meşə göyərçini
Columba oenas (lat. Columba oenas) — göyərçin cinsinə aid heyvan növü.
Xırda qum ləpələri
Xırda qum ləpələri (rus. -рябь песчаная, ing. sand ripples) — küləyə perpendikulyar, bir-birinə paralel asimmetrik tirələr. Onlar qumun quru səthi üzərində küləyin 3–18 m/san sürəti zamanı 0,04 mm-dən böyük hissəcik-lərdən təşkil olunur. Tirənin külək tutmayan yamacının yuxarı hissəsində əmələ gəlmiş, səthi örtən qum danələrinin təbii meyillik üzrə sürüşməsi nəticəsində bu ləpələr hərəkət edir.
Xırda qur-qur
Yoxdu belə söhbət
Yoxdubeləsöhbət — Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm istehsalı, romantik-komediya janrında tammetrajlı film. Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar. Rüfət Həsənovun ilk tammetrajlı kommersial filmidir. 2017-ci ilin qış aylarında çəkilib. Sosial mediada üzə çıxması üçün ilkin olaraq filmin adı haştaqla — #yoxdubeləsöhbət — yazılmışdı. Uran — "Yenə də fırlanır" Barfly — "Kağız" DədəBaba — "Dağların başı" DiHaj — "Eşqini Aşağı Sal" İsrail Məmmədov — "Şəlaləm" Kim Seoq — "Anadır arzulara hər zaman Qarabağ" Yaşar Baxışın rəhbərliyi altında "Bizimkilər" layihəsi — "Jingle Bells" Ya Tosiba — "Maşın" Selda Bağcan — "Yaz, gazeteci, yaz" Xpert ft.
Aşağı Para (Sayınqala)
Aşağı Para (fars. پاره سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (26 ailə).
Para-aminobenzoy turşusu
Para-aminobenzoy turşusu (vitamin B10) –aminoturşudur, benzoy turşusunun törəməsidir, təbiətdə geniş yayılmışdır. Para-aminobenzoy turşusu (PABT) 1863-cü ildə alınmışdır. 1939–1940-cı illərin tədqiqatları göstərmişdir ki, bəzi bakteriyalar və mayaların ekstraktlarının tərkibində sulfanilamid preparatların bakteriostatik təsirinə antaqonistik təsirli maddə vardır . Müəyyən edilmişdir ki, bu maya ekstraktın aktiv başlangıcı öz kimyəvi quruluşuna görə para-aminobenzoy turşusundan ibarətdir. Onun kimyəvi formulu: NH2-C6H4-COOH, C7H7NO2 P-aminobenzoy turşusu ət, qara ciyər, yumurtanın ağından və başqa yeyinti məhsullarından ayrılmışdır. Para-aminobenzoy turşusu ağ, kristallik toz şəklində olur; uzun müddət saxlandıqda hava və işığın təsirindən sarımtıl rəng alır. Para-aminobenzoy turşusu soyuq suda nisbətən pis həll olur, isti suda və spirtdə yaxşı həll olur, qələvilərdə asan həll olur; termostabildir. Bu turşu məhlulunu 1100C-yə qədər qaynatdıqda da öz aktivliyini itirmir. Oksidləşdiricilərin və dəmir duzlarının təsitindən tez dəyişir. Prokainesterazin təsirindən novokain hidroliz olur və bunun nəticəsində para-aminobenzoy turşusu və dietilaminoetanol alınır.
Para (pul vahidi)
Para (türk. para, serb. пара, rum. para) — müxtəlif ölkələrdə xırda pul vahidinin adı. Para ilk dəfə 1623-cü ildə Osmanlı İmperiyasında gümüş sikkə şəklində buraxılmışdır. Əvvəlcə sikkənin çəkisi 1,1 q idi, 19-cu əsrin əvvəllərində tədricən azalmağa başladı və 0,22 q çatdı. Gümüşün əyarı da düşürdü. Məsələn, 1757-ci ildə sikkələr 520-ci, 1800-cü ildə isə 420-ci əyarlı gümüşdən zərb edilirdi. 1687-ci ildən ikiqat para da zərb edilməyə başlandı. Avers hissəsində sultanın adı, reversdə isə zərb olunma yeri və tarixi qeyd olunurdu.
Yuxarı Para (Sayınqala)
Yuxarı Para (fars. پاره عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (17 ailə).
Kopernik. Tanrı ilə söhbət
"Kopernik. Tanrı ilə söhbət" (pol. Astronom Kopernik, czyli rozmowa z Bogiem) — polyak rəssam Yan Mateykonun 1873-cü ildə tamamladığı rəsm. Rəsmdə məşhur astronom Nikolay Kopernikin Fromborq şəhərində kilsənin yanındakı qüllədən müşahidələr aparma səhnəsi təsvir olunmuşdur. Hal-hazırda rəsm Krakov şəhərində Yagellon Universitetinin kolleksiyasına daxildir. Bu rəsmi Polşa ictimaiyyəti pul ilə alaraq Yagellon Universitetinə bağışlamışdır. Yan Mateyko rəsmin üzərində işləməyə 1871-ci ildə Kopernikin 400 illik yubileyinin qeyd edilməsi üçün görülən hazırlıqlar ərəfəsində başlamışdır. Onun digər rəsmlərində olduğu kimi bu rəsm də Polşa tarixinin önəmli hadisəsinə həsr olunmuşdur. Bu rəsm əsərində Nikolay Kopernik dünyanın heliosentrik nizamının tərəfdarı və elmi inqilabın yaradıcısı kimi təsvir olunmuşdur. Rəsmin çəkilməsi üçün Mateyko Yagellon Universitetində əlçatan olan tarixi sənədləri araşdırmış, bir neçə karandaş eskiz və daha sonra rəsmin yekun variantının bitməsinə qədər yağlı boya ilə çəkilmiş daha 2 eskiz yaratmışdır.
Mumiya ilə söhbət (hekayə)
Edqar Allan Po "Mumiya ilə söhbət" hekayəsi-(Some Words with Mumia) Po bu hekayəsində qədim Misir və 19-cu əsrin mədəniyyət, memarlıq, tibb, siyasət, dövlət quruluşu,din, tarixi şəxsiyyətlər, astronomiya,hətta geyim stillərini belə müqayisə edir, çoxlu ensiklopedik biliklər verir. 19-cu əsrin həkimləri təxminən 5800 il yaşamış mumiya ilə qızğın mübahisəyə girir. Açdıqları hər mövzuda mumiya həkimlərə qalib gəlir, sonda həkimlər 19-cu əsrin geyimini misirlilərinkinə qarşı qoyaraq mübahisəni udurlar. Bəzi məlumatlar uydurma olsa da (Məs:5000 il bundan qabaq yaşamış mumiyanın *qalvanizmlə oyanması və s.) hekayə qədim Misirin umumi mənzərəsini canlandırır.
Xırda sinir lifləri neyropatiyası
Xırda sinir lifləri neyropatiyası və ya incə lif neyropatiyası və ya xırda lif periferik neyropatiyası - periferik sinirlərin xəstəliyidir. Burada əsasən və ya yalnız xırda somatik sinir lifləri, vegetativ sinirlərin lifləri və ya bunların hər ikisi zədələnmiş olur. Nəticədə hissiyatın (sensor) pozulması və/və ya vegetativ (vegetativ sinir sistemi) pozuntular inkişaf edir. Periferik sinir liflərinin bir neçə növü vardır. Bu bölgü sinirlərin diametri (qalınlığı) və miyelinizasiya dərəcəsindən asılıdır. İri sinir lifləri qalın miyelin örtüyünə malikdir və onlara A-alfa lifləri (hərəki sinirlər) və A-beta lifləri (vibrasiya və toxunma hissini ötürən sinirlər) aid edilir. Orta diametrli sinir lifləri və ya A-qamma liflər də miyelinizasiya olunub və impulsları əzələlərə daşıyır. Xırda diametrli liflər isə miyelinizasiya olunmuş A-delta liflərdən və miyelinizasiya olmamış C-liflərdən ibarətdir. Bu liflər dərinin (somatik liflər) və həmçinin ürək və saya əzələlər (vegetativ liflər) də daxil olmaqla qeyri-iradi hərəkətləri təmin edən əzələlərin innervasiyasını təmin edir. Birlikdə bu liflər ağrı, termal hissiyyat və vegetativ funksiyaları təmin edir.
Onlayn oyunlarda səsli söhbət
Səsli söhbət — VoIP texnologiyaları vasitəsilə telekommunikasiya. Çoxnəfərli oyunlarda oyunçular arasında daxili əlaqə (ing. Intercom) vasitəsi kimi istifadə edilir. VoIP funksiyası bəzi oyunlarda sistemdəki kommunikasiya sistemi və ya üçüncü tərəf söhbət proqramı olaraq quraşdırıla bilər. Video oyunlarda səsli söhbət videooyun konsollarının altıncı nəslindən olan Seganın Dreamcast konsolu ilə başladı. Seaman və Alien Front Online Dreamcast daxil olmaqla bəzi oyunlar SegaNet-ə aktiv abunə olmağı tələb etməsinə baxmayaraq səsli söhbət funksiyasına daxil edilmişdir. 2001-ci ildə Sony qulaqlıq ilə səsli söhbət etməyə imkan verən PlayStation 2 video oyun konsolu üçün Şəbəkə Adapterini buraxdı. 2002-ci ildə Microsoft səsli söhbət üçün dəstək funksiyası olan Xbox Live xidmətini istifadəyə verdi. Daha sonra Microsoft bütün Xbox Live konsol oyun tərtibatçılarından səsli söhbət funksiyasını öz oyunlarına inteqrasiya etməyi tələb etdi və Xbox Live pərakəndə satış bölməsi ilə mikrofon və qulaqlıq satmağa başladı. 2005-ci ildə Nintendo həm Nintendo DS, həm də Wii üçün onlayn multiplayer xidməti olan Nintendo Wi-Fi Connection-u yayımladı.
Yoxdu belə söhbət (film, 2017)
Yoxdubeləsöhbət — Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm istehsalı, romantik-komediya janrında tammetrajlı film. Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar. Rüfət Həsənovun ilk tammetrajlı kommersial filmidir. 2017-ci ilin qış aylarında çəkilib. Sosial mediada üzə çıxması üçün ilkin olaraq filmin adı haştaqla — #yoxdubeləsöhbət — yazılmışdı. Uran — "Yenə də fırlanır" Barfly — "Kağız" DədəBaba — "Dağların başı" DiHaj — "Eşqini Aşağı Sal" İsrail Məmmədov — "Şəlaləm" Kim Seoq — "Anadır arzulara hər zaman Qarabağ" Yaşar Baxışın rəhbərliyi altında "Bizimkilər" layihəsi — "Jingle Bells" Ya Tosiba — "Maşın" Selda Bağcan — "Yaz, gazeteci, yaz" Xpert ft.
Yoxdur belə söhbət (film, 2017)
Yoxdubeləsöhbət — Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm istehsalı, romantik-komediya janrında tammetrajlı film. Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar. Rüfət Həsənovun ilk tammetrajlı kommersial filmidir. 2017-ci ilin qış aylarında çəkilib. Sosial mediada üzə çıxması üçün ilkin olaraq filmin adı haştaqla — #yoxdubeləsöhbət — yazılmışdı. Uran — "Yenə də fırlanır" Barfly — "Kağız" DədəBaba — "Dağların başı" DiHaj — "Eşqini Aşağı Sal" İsrail Məmmədov — "Şəlaləm" Kim Seoq — "Anadır arzulara hər zaman Qarabağ" Yaşar Baxışın rəhbərliyi altında "Bizimkilər" layihəsi — "Jingle Bells" Ya Tosiba — "Maşın" Selda Bağcan — "Yaz, gazeteci, yaz" Xpert ft.